|
İraqın suverenliyi və sabitliyi bizim üçün çox önəmlidir. Xüsusilə də İraqın Kürdüstan bölgəsi strateji baxımdan önəm daşıyır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Şimali İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani ilə görüşü zamanı deyib.
Davudoğlu İŞİD-lə qonşu olmamaq üçün Şimali İraqa qoşun göndərdiklərini bildirib:
“Bu ziyarətinizdən çox məmnun oldum. Bölgədə baş verən son hadisələr fonunda səfəriniz yerinə düşdü. İraqın suverenliyi və sabitliyi bizim üçün çox önəmlidir. Xüsusilə də İraqın Kürdüstan bölgəsi bizim üçün strateji baxımdan önəm daşıyır. İraqdakı varlığımız bu bölgənin sabitliyinin təməlidir. Çünki İŞİD-lə qonşu olmaq istəmirik. İŞİD-lə qonşu olmamaq üçün də Ərbilin (Kürdüstan bölgəsinin mərkəzi) güclü olması lazımdır. Məhz buna görə həm İraqa, həm də Kürdüstan bölgəsinə hər cür dəstəyi verəcəyik”.
Qeyd edək ki, Türkiyə dekabrın 4-də öz hərbçilərini Şimali İraqa göndərib. Ankaranın bu qərarı rəsmi Bağdad tərəfindən etirazla qarşılanıb.