|
“Ağ Blok”un təsisçilərindən olan tanınmış gənc siyasətçi Tural Abbaslının noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədliyi təsdiq olunub.
Teleqraf.az-ın əldə etdiyi xəbərə görə, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd olan Tural Abbaslıya namizədliyinin qeydə alınması ilə bağlı məlumat verilib.
Xatırladaq ki, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı və tərəfdarları “Ağ Blok” adlı yeni siyasi blok yaradaraq qısa bir zamanda bloku ciddi qüvvə olaraq cəmiyyətə təqdim etməyi bacarıblar.