|
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın Mərkəzi Qərargahında Fridrix Nauman Fondunun Azərbaycan üzrə təmsilçişi, FNS-in Tiflis (Gürcüstan) nümayəndəliyinin rəhbəri Peter-Andreas Bohmanla görüşüb. Bu barədə Musavat.com-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, Qarabağ konfliktinin ədalətli həlli yolları, demokratiya və insan haqları mövzusu, siyasi məhbuslar problemi, seçki kampaniyasının gedişi müzakirə olunub.
Görüşdə həmçinin Fridrix Nauman Fondu ilə Müsavat Partiyası arasında əməkdaşlıq prespektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.