|
Obama administrasiyası bir neçə Rusiya şirkətinə qarşı sanksiya tətbiq edir. Onlar kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı ABŞ qanunvericiliyini pozmaqda günahlandırılır. Söhbət İran, Şimali Koreya və Suriyaya nüvə və raket texnologiyası çatdırmağa görə cəzadan gedir.
Sanksiyanın tətbiqinə dair məlumatın bu gün ərzində rəsmi açıqlanacağı gözlənir.
Sanksiyanın ünvanlanacağı obyektlər arasında «Katod» cihazqayırma bürosu, «Rosoboroneksport», «Maşınqayırma Elmi İstehsalat Birliyi», «MiQ» korporasiyası və onların törəmə şirkətlərinin adları var.
Çin, Sudan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan hüquqi şəxslərə qarşı da sanksiyalar nəzərdə tutulub.
ABŞ-ın idarə və müəssisələri adları çəkilən şirkətlərlə, Dövlət Departamenti tərəfindən müəyyənləşdirilən bəzi istisnalar xaric, bütün işgüzar əlaqələri kəsməyə razılıq veriblər. (azadliq.org)