|
MHP sədr müavini partiya qərarına qarşı çıxaraq AKP-nin keçid hökumətində təmsil olunacaq; Yeni hökuməti AKP, HDP və MHP quracaq.
MHP sədrinin müavini Toğrul Türkeş AKP sədri Ahmet Davutoğlunun keçid hökumətində təmsil olunmaq təklifini qəbul edib. Yerli media yazır ki, Türkeş baş nazirin müavini postunu tutacaq. Bununla da MHP-dən AKP-nin təklifini qəbul edən ilk siyasətçi olub.
Hurriyet.com yazır ki, CHP-dən Deniz Baykal, Erdoğan Toprak, İlhan Kesici, HDP-dən Müslüm Doğan, Levent Tüzel MHP-dən Toğrul Türkeş, Kenan Tanrıkulu yeni hökumətin qurulması üçün AKP sədrindən təklif alıb. MHP-li Kenan Tanrıkulu isə bu təklifdən imtina edib və MHP sıalarından da istefa verib. CHP Antalya millət vəkili Dəniz Baykal təklifi "partiya əxlaqına uyğun hərəkət edərək, geniş açıqlama verəcəyəm” sözlərilə rədd edib.
CHP-nin İstanbul millət vəkili Ərdoğan Toprak da keçid hökumətində təmsil olunmaq istəməyənlərdəndir: “Mən partiyamın ideyalarına sadiqəm. Partiyamın verdiyi qərarlara uyğun hərəkət edəcəyəm. Təklif üçün təşəkkür edirəm, ancaq bu sürəc həm partiyamın, həm də mənim fikirlərimə görə doğru deyil. Orada yer almaq istəmirəm”.
HDP durumdan razıdır. PKK-nın siyasi qolu kimi tanınan partiyanın İzmir millət vəkili Müslüm Doğan CNN telekanalına açıqlamasında Türkiyənin bizə ehtiyacı var: “Belə bir tərcihin olacağını gözləmirdik. Əsas məsələ odur ki, ölkə çətin bir sürəcdən keçir və axan qanın dayandırılması lazımdır. Təcili şəkildə barış əldə edilməlidir. Bu mənada partiyamıza yeni hökumətdə təmsilçilik tanınmasını konstitusyon hüquq və ehtiyac kimi dəyərləndirirəm” - deyə bildirib.
Toğrul Türkeşin təklifi qəbul etməsi MHP-də şok effekti yaradıb.
Yada salaq ki, Toğrul Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğlu və partiyanın İstanbul millət vəkilidir. 7 iyun seçkisindən sonra MHP AKP-nin yeni hökumətin qurulması ilə bağlı heç bir təklifini qəbul etməmiş, “korrupsioner, ölkənin milli maraqlarını, ərazi bütövlüyünü təhdid altında qoyan AKP” ilə hər hansı işbirliyinin mümkünsüzlüyünü bəyan etmişdi.
Partiya sədri Dövlet Bahçeli avqustun 25-də verdiyi açıqlamada bildirmişdi ki, AKP-nin təklifləri milliyətçi cameə üçün keçərli deyil: “Biz partiyadaş yox, mübarizə arxadaşlarıyıq. Mübarizə isə nə alınar, nə də satılar”.
musavat.com