|
İclasda qərarların icra vəziyyəti dəyərləndirilib,ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğunqərarlar qəbul edilib.
Teleqraf.az-ın məlumatına görə, yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.
KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsininpartiyanın Qəbələ, Tovuz, Göyçay və Abşeron şöbələrində keçirilən konfranslarlabağlı məlumatları dinlənilib, məlumatlar nəzərə alınıb və nəticələrin tanınmasıhaqqında qərar qəbul edilib.
KXCP rayon şöbələrinin həftəərzində keçiriləcək konfranslarına QHüTK-dən nümayəndələr təyin edilib.
Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilib.
RusiyanınErmənistana 200 milyon ABŞ dolları həcmində silah alınmasına dair yardım göstərməsi rəsmi Moskvanın antiazərbaycan mövqeyi kimi qiymətləndirilib. KXCP Azərbaycan hakimiyyətindən Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması ilə bağlı addımına adekvat reaksiya verməsi və lazımi tədbirlər görməsini tələb edib.
Birinci Avropa Oyunlarının yekun nəticələrini müzakirə edən KXCP idmançılarımızın ugurlarını təqdir etsə də beynəlxalq miqyaslı oyunlara sərfolunan xərclərin iri həcmli korrupsiya ilə müşahidə olunması, səmərəsiz xərclənməsi tənqid olunub. Hakimiyyətdən tələb olunub ki, Avropa Oyunlarına xərclənən vəsaitlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verilsin.
Yığıncaqda tanınmış vəkil ƏlaifHəsənovun Vəkillər Kollegiyasından qanunsuz şəkildə uzaqlaşdırılması pislənilibvə bu addımın siyasi sifarişlə həyata keçirildiyi qeyd olunub.