|
1 iyul 2015- ci il tarixdə Azadlıq - 2015 Seçki Blokunun Sədrlər Şurasının iclası olub.
Teleqraf.az-ın xəbərinə görə, iclasda KXCP, VİP, ALDP, Aydınlar partiyası və AXP sədrləri iştirak edib.
Toplantıda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.
Toplantıda “Azadlıq-2015” Seçki Blokunun deputatlığa namizədlərinin siyahısı üzərində müzakirələr aparılıb və müəyyənləşdirilmiş deputatlığa namizədlərlə görüşün keçirilməsi barədə qərar qəbul edilib. Milli Məclisə seçkilərin bütün mərhələləri üzrə demokratik qüvvələrin vahid monitorinq mərkəzinin yaradlması təşəbbüsü ilə digər siyasi və ictimai sektor təsissatları ilə məsləhətləşmələr aparılması məqsədəuyğun sayılıb.
I Avropa idman oyunları müddətində Bakıda nəqliyyata və digər sahələrə
qoyulan məhdudiyyətlərin, o cümlədən Bakı qeydiyyatında olmayan avtomobillərin şəhərə buraxılmaması özbaşnalıq və ayrıseçkilik kimi dəyərləndirilib. Qeyd edilib ki, artıq bu məhdudiyyətlərdən istfadə olunması vətəndaşlardan rüşvət alınması sisiteminin formalaşmasına dair çoxsaylı məlumatlar daxil olmaqdadır. Seçk Bloku həmin məhdudiyyətlərin davam etməsinin qanunsuzluğunu göstərərək, ləğvini tələb edib.
Bu həftə bir sıra xarici ölkə səfirlikləri ilə keçiriləcək görüşlərlə bağlı fikir mübadiləsi aparılıb. Digər ictimai-siyasi və blokdaxili məsələlər müzakirə edilib.