|
KXCP Nizami rayon şöbəsi özünün növbəti konfransını keçirib.
KXCP-nin mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, Konfransda Dövlət Himni oxunduqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edilib.
konfransda KXCP sədri Mirmahmud Mirəlioğlu və KXCP sədrinin müavini Xəzər Teyyubu iştirak ediblər.
Ictimai-siyasi vəziyyətlə bağlı çıxış edən Mirmahmud Mirəlioğlu qarşıda duran vəzifələr haqqında konfran iştirakçılarına məlumat verib.
Konfransda Südeyif Sadıqlı KXCP Nizami rayonunun sədri, Aydın Tarıyev isə KXCP ali məclisinə üzv seçiliblər. Bundan sonra KXCP-nin qarşıdan gələn qurultayına KXCP-nizami rayon şöbəsindən üzvlər seçilib.