|
Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının dəvəti ilə Brüsseldə səfərdədir.
Müsavat Partiyasının yaydığı xəbərdə deyilir ki, A.Hacılı səfər cərçivəsində “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirak etməklə yanaşı, Avropa və postsovet məkanının dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Avropa Liberal Demokrat İttifaqının (ALDE) prezidenti Guy Verhofstadt, Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə koordinatoru Hans van Baalen, ALDE-nin vitse-prezidenti Pavel Telicka, Avropa Parlamenrtinin üzvü, ALDE-nin rəhbər şəxslərindən olan Petras Austrevicius, Çexiyadan olan Avropa Parlamenrtinin İnsan Haqları üzrə Komissarı Vera Jourova, Finlandiyanın sabiq baş naziri Anneli Yaatteenmyaki, Rusiya müxalifətinin liderləri - keçmiş baş nazir Mixail Kasyanov, “Yabloko” təşkilatının sədri Sergey Mitroxin, Ukrayna Radasının üzvü Mukola Katerinçuk, Gürcüstan müxalifətinin təmsilçilərindən keçmis xarici işlər naziri Maya Pankidze və digər siyasi xadimlər arasında keçirilən görüşlərdə Azərbaycanın Avrointeqrasiya istiqamətində inkişaf perspektivləri, Azərbaycanda siyasi islahatlar, siyasi məhbuslar, Qarabağ probleminin ədalətli həlli məsələləri müzakirə olunub.
Müzakirələr zamanı həmçinin Müsavat Partiyası ilə Avropa İttifaqı strukturlarının müvafiq siyasi və ictimai qurumlarla əməkdaşlıq perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi diqqət verilib.
Xəbərdə deyilir ki, Arif Hacılının Avropa İttifaqının dəvəti ilə səfəri həftə sonunadək davam edəcək.
Teleqraf.az