|
KXCP Qaradağ rayon şöbəsinin növbəti konfransı keçirilib.
Teleqraf.az-ın xəbərinə görə, konfransda rayon şöbəsinin rəhbər orqanları yenidən formalaşmış, KXCP üçüncü qurultayına nümayəndələr seçilmişdir. Zöhrab Vəlibəyli Qaradağ rayon şöbəsinin sədri, Tamara Eyvazlı KXCP Ali Məclisinin üzvü seçilmiş, şöbənin Nəzarət Təftiş Komissiyası və özək təşkilatlarının sədrlərindən ibarət Məclis formalaşmışdır. Konfransda KXCP-nin parlament seçkiləri ilə bağlı mövqeyi və “Azadlıq-2015” seçki blokunu yaradılması ilə bağlı fəaliyyəti müsbət qiymətləndirmişdir. Konfransda KXCP QHüTK-nin üzvləri Aydın Mədətoğlu, Xəzər Teyyublu, AXP sədri Pənah Hüseyn və digər qonaqlar iştirak etmişlər.