|
03 iyun 2015- ci il tarixdə Azadlıq - 2015 seçki bloku nun Sədrlər Şurasının iclası olub.
Teleqraf.az-ın məlumatına görə, iclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası, Az.DP, AXP sədrləri iştirak edib.
Toplantıda ictimai- siyasi vəziyyət və Azadlıq-2015 seçki blokunun vəzifələri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Avqust ayında seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib. Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn rəhbərliyi altında Mitinq Komitəsi formalaşdırılıb.
Bakı şəhərinin idarə edilməsinin təkmilləşdirilməsi və mer seçkilərinin keçirilməsinin təmin edilməsi tələb edilib.
Mərkəzi Seçki Qərargahından blokun seçki platformasının hazırlanması tələb edilib.
Toplantıda Azad Demokratlar Partiyasının qeydiyyatının ləngiməsi ilə bağlı narahatlıqlar ifadə edilib və bunla bağlı bir daha hakimiyyət orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilib. .