|
Bu gün KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
KXCP-nin mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.
KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Gədəbəy, Zərdab, Şabran, Beyləqan, Cəlilabad, Ağdam, Nəsimi və Ağdaş rayon şöbələrində keçirilən konfranslarla bağlı verilən məlumatlar dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib.
Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir.
Yığıncaqda ölkənin bir çox siyasi təşkilatlarının, beynəlxalq təşkilatların, dünyanın siyasi xadimlərinin çoxsaylı müraciətlərinə baxmayaraq Avropa oyunları ərəfəsində, hətta 28 may-İstiqlal bayramında siyasi dustaqların, vicdan məhbuslarının həbsdən azad edilməməsi hakimiyyətin vətəndaş sülhünü hələdə qiymətləndirə bilmədiyini və nəticə etibarı ilə cəmiyyətdə etimadsızlığın getdikcə artdığı, qütbləşmənin dərinləşdiyi qeyd edilmişdir.