|
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Gədəbəy rayon şöbəsinin növbəti konfransı keçirilib.
Teleqraf.az-ın məlumatına görə, konfransda dünyada və ölkədə gedən ictimai -siyasi məsələlər müzakirə olunaraq təşkilati nəsələlərə baxılıb. Təşkilatın seçkili orqanlarına keçirilən seçkilərdə Ceyhun Səfərov KXCP Gədəbəy rayon şöbəsinin sədri, Telman Ələkbərsoy KXCP Ali məclisinin üzvü seçilib. Bundan sonra konfransda təşkilatın rayon şöbəsinin NTK-sına və KXCP-nin 3-cü qurultayına nümayəndələr seçiliblər.
Konfransda KXCP Sədrinin müşaviri Heybət Cəfərli iştirak edib.
Eyni gündə KXCP-nin Şabran, Zərdab, Dəvəçi rayon şöbələrində də konfranslar keçirilib.