|
KXCP Gəncə şəhər şöbəsi özünün hesabat-seçki konfransını keçirib.
Teleqraf.az-ın məlumatına görə, konfransda ölkədə baş verən ictimai-siyasi proseslər müzakirə olunmuş, bundan sonra təşkilatın seçkili orqanlarına nümayəndələr keçirilmişdir. Ümumi səsvermə ilə keçən seçkidə Nəhmət Kərimov KXCP Gəncə Şəhər Şöbəsinin sədri, Mehriban Rzayeva KXCP Ali Məclisinin üzvü seçilib.
Kofransda şəhər şöbəsinin NTK-na üzvlər seçilildikdən sonra, KXCP-nin bu il keçiriləcək 3-cü qrultayına səlahiyyətli nümayəndələr seçiliblər.
Konfransda iştirak edən KXCP Sədrinin müavini Xəzər Teyyublu təşkilatın qarşıda duran vəzifələri haqqında geniş çıxış edərək, təşkilatlanmaya önəm verməyi tövsiyə edib.