|
“Bu, Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli istiqamәtindә göstərilən sәylәrә maneçilik törәtmәk cәhdidir”
Mayın 3-dә Azәrbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda “parlament seçkilәri”nin keçirilmәsi beynәlxalq normaların açıq şәkildә pozulmasıdır”.
APA-nın Pakistan Xarici İşlәr Nazirliyinә (XİN) istinadәn verdiyi mәlumata görә, bunu XİN-in sözçüsü keçirdiyi brifinqdә deyib.
Onun sözlərinə görә, “seçkilәr” beynәlxalq hüquq vә BMT Tәhlükәsizik Şurasının qәtnamәlәrinin açıq şәkildә pozulmasına xidmәt edir: “Bu, Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli istiqamәtindә göstərilən sәylәrә maneçilik törәtmәk cәhdi kimi qiymәtlәndirilir. Pakistan Azәrbaycanın suverenliyi vә әrazi bütövlüyünü dәstәklәdiyini bir daha bәyan edir”.
Teleqraf.az