|
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.
KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib.
Ali Mclisin (AM) sözdə “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi sənədlərin Avropa Birliyi və Vatikanın Azərbaycan nümayəndəliklərinə çatdırılması haqqında məlumat verilib, bu “ayaq tutaraq yeriyən” yalanın gələcəkdə ciddi fəsadlar yaradacağında narahatlıqlar bildirilmiş və bunun durdurulması, əsil həqiqətlərin dünyaya çatdırılması üçün Türkiyə, Azərbaycanvə digər türk dövlətlərinin, elm adamlarının, sivil toplumların sistemli və uzunmüddətli işlər görmələrinin, o cümlədən dünyanının mütərəqqi qüvvələrinin məlumatlandırılması istiqamətində zərur tədbirlərin görülməsi qeyd edilmişdir.
AM-in son sessiyasında qəbul edilmiş qərara uyğun olaraq qurultayla bağlı hazırlığın vəziyyəti müzakirə edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı müzakirə edilərək QHTK-nin üzvləri arasındaiş bölgüsü aparılmış və partiyanın rayon (şəhər) şöbələrinin bu həftə ərzində keçirəcəkləri konfranslarda iştirak etmək üçün nümayəndələr təyin edilmişdir
Çanakqala zəfərinin 100 illiyi ilə bağlı 24 aprel tarixində Şəhidlər Xiyabanında türk şəhidliyi, Elçibəyin məzarı və Atatürkün abidəsi KXCP daxil olduğu “Azadlıq-2015”seçki blokundakı partiyalar tərəfindən ziyarət edilməsi haqqında məlumat verilmişdir.
Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir.
Yığıncaqda İntiqam Əliyev haqqında qanuna zidd, ədalətsiz məhkəmə qərarının çıxarılması və digərvicdan məhbusları haqqında isatintaq proseslərinin qanun pozuntuları şəraitində davam etdirilməsi pislənərək bəyanat qəbul edilmişdir.