|
“Arseni Yaçenyuk yaya qədər Baş nazir vəzifəsindən gedəcək”.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Forbes” jurnalı yayılıb.
Məlumatda deyilir ki, ekspertlərin əksəriyyəti Yaçenyukun siyasi karyerasının sona çatacağını proqnozlaşdırırlar. Bunun da əsas səbəbi Baş nazirin adının korrupsiya skandalında hallanmasıdır. Onun yerinə isə əsas namizəd kimi Ali Radanın spikeri Qroysman və Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Turçinov göstərilir.