|
Axar.az xəbər verir ki, CBS telekanalına müsahibə verən Dəməşq rəhbəri Ərdoğanı "Müsəlman Qardaşları fanatı” adlandırıb:
"Ərdoğan siyasi maniyadan əziyyət çəkir. 21-ci əsrin yeni dövrünün sultanı olacağını düşünür. O, sadəcə, Suriyaya gələn terrorçuları görməzlikdən gəlmir, eyni zamanda, təchizat və hərbi yardımlar edir. Həqiqətən. Gündəlik olaraq”.
Jurnalistin “ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatları Dəməşq hökumətinə nə qədər fayda verir”, - sualını cavablandıran Əsəd əməliyyatlar başlayandan bəri İŞİD-in daha da gücləndiyini bildirib:
“İŞİD indi daha da böyüyüb. Koalisiya qüvvələrinin əməliyyatı başlayandan bəri hər ay Suriyadan min nəfər İŞİD-ə qoşulur. Təşkilat İraq və Liviyada getdikcə genişlənir. Hər şeyin səbəbkarı Səudiyyə Ərəbistanıdır. Bu ölkənin siyasi sistemi ilə vəhhabi ideologiyası birləşib”.