Martın 18-də Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “ATƏT-in Minsk Qrupu: iflasa uğramış vasitəçilik missiyası” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada QAT sədri Akif Nağı, millət vəkili Fazil Mustafa, politoloqlar Mübariz Əhmədoğlu, Elman Nəsirov, QHT rəhbərləri Faiq İsmayılov, Kamil Şirinov, Radə Abbas, Əlisəfa Mehdi, Mehriban Abdullayeva, Mətanət Əsgərqızı, Habil Şirinov, Mahirə Əmirhüseynova, Şərqiyyə Dadaşova, Fəridə Əsgərova, Yusif Səmədov və digərləri çıxış edib. 

Çıxış edənlər Minsk Qrupunun qeyri-obyektiv və səmərəsiz fəaliyyətini tənqid edib, bu qurumun vasitəçiliyinə heç bir ehtiyacın olmadığını vurğulayıblar. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, millət vəkillərinə, XİN rəhbəri Elmar Məmmədyarova müraciət qəbul olunub. Müraciətdə Minsk Qrupunun, onun həmsədrlərinin ötən 23 il Qarabağ ərzində münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli həlli ilə məşğul olmamış, mahiyyət etibarı ilə status-kvonun saxlanılmasına, Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmış, bununla da birmənalı şəkildə Ermənistanın maraqlarına xidmət etdiyi qeyd olunub: "Hörmətli cənab Prezident! İşğaldan həddindən çox vaxt keçdiyini, mənasız danışıqların heç bir nəticə vermədiyini, cəmiyyətdə olan narahatlıqları nəzərə alaraq bəzi məsələlərlə bağlı Sizə müraciət etməyi özümüzə borc bilirik:

1.Beynəlxalq vasitəçilik missiyasının, o cümlədən Minsk qrupunun fəaliyyətinin iflasa uğraması, heç bir müsbət nəticənin əldə olunmaması torpaqlarımızın yalnız hərbi yolla işğaldan azad ediləcəyini qaçılmaz zərurətə çevirir. Azərbaycan bu yöndə prinsipial və konkret addımlar atmalıdır.

2.Hərbi yolun seçilməsi istiqamətində ilk addım olaraq Minsk Qrupunun həmsədrlik institutunun ləğvi və ya onun formatının dəyişdirilməsini məqsədəuyğun hesab edirik. Formatın dəyişdirilməsi üçün cəmiyyətdə səsləndirilən təkliflər, o cümlədən Türkiyə və Almaniyanın prosesə cəlb olunması da məqbul sayıla bilər. Lakin biz daha əsaslı və radikal dəyişikliyin tərəfdarıyıq.

3.Əsaslı və radikal dəyişiklik dedikdə iki variantı nəzərdə tuturuq:

a)Danışıqlar prosesi BMT müstəvisinə keçirilir, vasitəçi ölkələr paritet əsasında müsəlman və xristian ölkələrindən ibarət müəyyən edilir. Bu cür tərkibli vasitəşilər qrupunun qərarlarının yerinə yetirilməsi üçün BMT çərçivəsində icra mexanizmi yaradılır və qərarlar dərhal həyata keçirilir.

b)Məsələni BMT müstəvisinə keçirmək mümkün olmasa, danışıqlar prosesi ATƏT və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə missiyasına həvalə edilə bilər. Danışıqlar ATƏT və İƏT-in paritet əsasında təşkil edəcəkləri vasitəçi qrup tərəfindən aparılır. Bu qrupun qərarlarının yerinə yetirilməsi üçün yenə də BMT çərçivəsində icra mexanizmi yaradılır. ATƏT və ya bu tipli hər hansı digər regional qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkbaşına ədalətli qərar qəbul edəcəyinə artıq heç bir inam yoxdur. Bu günə qədər yalnız İslam Əməkdaşlıq Təşkilatının münaqişə ilə bağlı ədalətli və obyektiv qərarlar və qətnamələrini müşahidə etmişik. Digər beynəlxalq və regional qurumlardan yalnız BMT Baş Assambleyası 2008-ci il martın 14-də obyektiv qətnamə qəbul edib, onu da müsəlman dövlətlərinin səs çoxluğu ilə keçirmək mümkün olmuşdu. Xristian dövlətlərinin böyük əksəriyyəti, o cümlədən ABŞ, Rusiya, Fransa qətnamənin əleyhinə səs vermişdilər. Xristian dövlətləri bu yanaşma ilə özləri özlərini inam və etimad çərçivələrindən kənar qoyublar. Bundan sonra onlara inanmağa və etibar etməyimizə heç bir əsas yoxdur.

4.İşğal altında olan torpaqlarımızın taleyi ilə bağlı donuq, hərəkətsiz sükut vəziyyətinə son qoyulmalı, ən müxtəlif səviyyələrdə, o cümlədən Milli Məclisdə, Xarici İşlər Nazirliyində geniş, hərtərəfli müzakirələr aparılmalı, sonda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair ümumxalq referendumu keçirilməli, əldə olunan qərara iyğun olaraq yol seçilməli, konkret addımlar atılmalıdır. Artıq gözləməyə vaxt yoxdur. Torpaqlarımızı, Qarabağımızı nəyin bahasına olursa olsun, işğaldan azad etməliyik".

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti