|
İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, hazırki Baş nazir Benyamin Netanyahunun Likud partiyası ilkin hesablamalara görə, qalib gəlib. Belə ki, partiya 120 yerlik parlamentin 29 yerinə sahiblənib. Xatırladaq ki, Likud partiyasının qalib gəlməsi üçün 24 yer qazanmaq kifayət idi. Qeyd edək ki, seçkilərin yekun nəticələri martın 25-də parlamentin rəsmi jurnalında dərc ediləcək.