|
Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz bayramı ərəfəsində hakimiyyətin müxalifətlə dialoqu üçün real şərait yaranacağını bildirib.
Teleqraf.az-ın xəbərinə görə, Müsavat başqanı bu barədə "Feysbuk" sosial şəbəkəsində status yazıb. Arif Hacılı bildirib ki, əfv fərmanı bu baxımdan bir testdir və əgər iqtidar dialoq təşəbbüsündə səmimidirsə bu imkandan istifadə etməlidir.
Həmin statusu təqdim edirik:
“Əgər hakimiyyət müxalifətlə dialoq təşəbbüslərində səmimidirsə, yaxın günlərdə bunu təsdiq etmək üçün real imkan olacaq. Bahar bayramı ərəfəsində veriləcək əfv fərmanı bu sahədə bir testdir. Hakimiyyət bu fərmanla ölkədə siyasi məhbus probleminin həlli istiqamətində ciddi addım atmasa cəmiyyətdə qarşıdurma daha da kəskinləşəcək. Dialoq adlandırılan proses məshəkəyə çevriləcək.
Şübhəsiz ki, bu məsələ siyasi qüvvələrin, ictimai birliklərin, ümumiyyətlə Azərbaycan cəmiyyətinin iqtidarın təşəbbüsü ilə keçirilən Avropa Oyunlaraına münasibətinin müəyyənləşməsinə də ciddi təsir göstərəcək”.