Partiya sədrləri hələlik bu tendensiyanın müşahidə olunmadığını deyirlər, amma...

Manatın ucuzlaşması və ərzaq və qeyri-ərzaq mallarının bahalaşması ölkədə əhalinin durumuna təsir edir. Eyni zamanda narazıların sayı getdikcə artır. Bu cür vəziyyətlər adətən istənilən ölkədə müxalifət mövqeyinə keçənlərin sayına təsir edir. Təcrübədə belədir ki, ölkədə narazıların sayı artdıqca, hakimiyyətə rəqib düşərgənin sıraları sıxlaşır.

Azərbaycanda bu proses müşahidə olunurmu, son vaxtlar müxalifət partiyalarına qoşulanlar varmı?  Bundan sonrakı dövrdə insanların müxalifət düşərgəsinə kütləvi keçməsi prosesi gedə bilərmi?

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, əhalinin sosial-iqtisadi vəziyyəti pisləşdikcə, müxalifətə qoşulanların sayının artması həm nəzəriyyədə, həm də dünya təcrübəsində rast gəlinən təbii məsələdir. Azərbaycanda isə bahalaşma hələ əhalinin əksər təbəqəsinə gəlib çatmayıb, ona görə də qeyd olunan proses hələ görünmür: “Əhalinin hələ cibində son qəpikləri var, hələ özü üçün çörək, siqaret ala bilir. Hələ imkanlar var. Haqqında söhbət gedən proses Avropa Oyunları başa çatdıqdan sonra başlayacaq. Böyük bahalaşma da bu zaman başlayacaq, əhalinin narazılığı da, kütləvi müxalif mövqeyə keçmə də özünü bu zaman göstərəcək. Ölkədə bu kimi bütün proseslər olimpiadadan sonra olacaq. İndi bir sıra işlər görülür, tam bahalaşma yoxdur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, Müsavat Partiyası sıralarına Azərbaycan vətəndaşlarının daxil olması prosesi daimi bir prosesdir. Partiyanın son qurultayından sonra təşkilatın struktur fəaliyyəti güclənib: “Müsavat Partiyasının istər mərkəzi strukturları, istər yerli strukturları daha çevik, daha dinamik fəaliyyət göstərmək imkanları əldə edib. Bunun nəticəsində və səkkizinci qurultaydan, Müsavatda olan qeyri-müəyyənliyə son qoyulduqdan sonra partiya sıralarına üzvlərin qəbulunda real artım görünməkdədir. 

Azərbaycan müxalifətinin tərəfdarlar sayına görə problemi yoxdur. Sadəcə, xalq hansısa fəaliyyətin nəticəsində ölkədə ciddi dəyişikliklərin olacağına inanmır. Müəyyən tələbatları ödənən təbəqə vəziyyətdən narazı olsa da, vəziyyətə dözümlü yanaşmağa üstünlük verir. Hazırda baş verən siyasi, iqtisadi təbəddülatlarla müqayisədə ölkədə olan ictimai-siyasi vəziyyəti nisbi sakitlik kimi dəyərləndirmək olar. Ancaq bu sakitlik uzun sürməyəcək. Hesab edirəm ki, yaxın həftələrdə manatın devalvasiyası, aparılan kortəbii iqtisadi-siyasətin nəticələri əhalinin daha geniş kütlələrinə və daha böyük ziyan vurmağa başlayacaq. Aprel-may aylarından gec olmayaraq ölkədəki siyasi vəziyyət bugünkü durumdan əsaslı surətdə fərqlənəcək”.   /musavat.com/

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti