|
Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib.
Teleqraf.az-nın xəbərinə görə, Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün “Facebook” səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb.
O, Müsavat Partiyasının apard ığı siyasətə etiraz əlaməti olaraq Musavat sıralarından istefa verdiyini bildirib: “Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”.