|
Klassik Xalq Cəbhəsi Partiyası 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən keçmiş bələdiyyə namizədi Ruslan Xalıqovun həbsi ilə bağlı bəyanat verib.
Teleqraf.az həmin bəyanatı təqdim edir:
Total saxtakarlıqlarla başa çatdırılan 2014- cü il bələdiyyə seçkiləri ilə bağlı hakimiyyət orqanlarının kütləvi qanun pozuntuları və seçkidə fəallıq göstərmiş vətəndaşlara qarşı repressiyaları hələdə bitmir. Seçkilərdən bir ay keçməsinə baxmayaraq seçkilərdə fəallıq göstərərək saxtakarlıqları aşkarlayan vətəndaşlara qarşı zorakılıqlar davam edir.
KXCP-nin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin Ərəbmehdibəy bələdiyyəsinə namizədi Ruslan Xalıqov seçkilərdə qalib gəlməsi və seçki saxtakarlıqlarının qarşının alınmasında fədakarlıq göstərməsi Ağsu rayon icra hakimiyyəti sturukturlarının ciddi narahatlıqlaına səbəb olmuşdur. Seçki günü seçkinin nəticələrindən narazı qalan Ağsu rayon icra hakimiyyətinin Ərəbmehdibəy kənd nümayəndəsi Hacıağa Hüseynov tərəfindən seçki qutusunu oğurlatdırılıb dairə seçki komissiyasına aparılmasına Ruslan Xalıqov ciddi müqavimət göstərmiş və dairə seçki komissiyasından seçkinin nəticələrini obyektiv qiymətləndirməsini, səsvermənin nəticələrinə dair yekun protokolu seçki qutusundakı mövcud seçki bülletenlərinə uyğun yazılmasını və yekun protokolun nüsxəsini tələb etmişdir. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin Dairə Seçki Komissiyası seçkinin nəticələrini icra hakimiyyətinin maraqlarlarına uyğun saxtalaşdırmışdır. Baş verən qanunsuzluqlarla barışmayan və ədalətin bərpası uğrunda mübarizə aparan Ruslan Xalıqova və onun ailəsinə qarşı hakimiyyət orqanlarının zorakılığı bu gündə davam edir. Bu günlərdə Ağsu rayon hakimiyyət orqanları tərəfində Ruslan Xalıqov saxta ittihamlarla həbs edilmişdir.
KXCP Ağsu rayonunda bələdiyyə seçkiləri ilə bağlı bu gündə davam edən qanunsuzluqlardan narahtlığını bildirir, seçkilərdə yüksək səviyyədə əhalinin dəstəyini qazanan Ruslan Xalıqova və onun ailə üzvlərinə qarşı repressiyalara son qoymağı və ədalətin bərpa edulməsini tələb edir.