|
ADR-in aktiv fəaliyyəti Müsavat rəhbərliyində görünür ciddi çaşqınlıq yaradıb.
Moderator.az-a daxil olan məluamta görə Qubad İbadoğluna yaxınlığı ilə seçilən Ənvər Əhməd partiya sıralarından kənarlaşdırılıb. Qeyd edək ki, Ənvər Əhməd Müsavat Sumqayıt şəhər təşkilatının üzvü olub və 2003 -cü ildəki məlum 15-16 oktaybar hadisələri zamanı həbs olunaraq siyasi məhbus adı alıb. Ancaq Ənvər Əhmədin ADR təəssübkeşi kimi çıxış etməsi ona baha başa gəldi və onu partiya sıralarından kənarlaşdırdılar.
Ənvər Əhməd özü Moderator.az-la əlaqə saxlayaraq başqan Arif Hacılı və Sumqayıt Şəhər Təşkilatının sədri Fəxrəddin Abbas haqqında xeyli ağır ittihamlarla çıxış elədi və saytımıza geniş müsahibə vermək istədiyini dilə gətirdi. Onun bildirdiyinə görə Fəxrəddin Abbasın drijorluğu ilə təşkilatın idarə heyətində ona qarşı heç bir əsası olmayan ittihamlar səsləndirildi və yalnız sosial şəbəkələrdəki statuslarına görə onu partiya sıralarından çıxardılar.
Ənvər bəy qısaca onu bildirdi ki, 27 sentyabrdakı saxta başqan seçkilərindən sonra partiyada doğru sözü dilə gitirmək qəbahət və hətta xəyanət kimi qəbul edilir və onun da partiya sıralarından kənarlaşdırılması hər şeydən öncə ifadə və fikir azadlığının partiyada kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.