|
Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayının sənədlərini təsdiqləyib.
Teleqraf.az xəbər verir ki, bu barədə APA-ya Müsavat PartiyasıMərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi partiyanın VIII qurultayının nəticələrini qeydə alıb.
Xatırladaq ki, Müsavat Partiyasının qurultayında Arif Hacılı partiyanın başqanı seçilib. Lakin digər namizəd - Qubad İbadoğlu və onun tərəfdarları qurultaydan əvvəl və qurultayın gedişində pozuntulara yol verildiyini bildirərərk nəticələri tanımayıb.