|
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Teleqraf.az-ın məlumatına görə, İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, bələdiyyə seçkiləri ilə bağl edilən şikayətlərlə bağlı məlumatlar dinlənilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilmişdir.
Yığıncaqda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə keçirilən tədbirlərlə bağlı məlumatlar verilmib.
Yığıncaqda, seçkilərdəki kütləvi qanun pozuntuları və total saxtakarlıqla, xüsusilə KXCP-nin bələdiyyə seçkilərin ilə bağlı Rəyində göstərilən bələdiyyələrdə: Nərimanov, Qazax, Masallı, Kürdəmir, Saatlı və s. rayonların ərazilərindəki seçkilərdən edilən şikayətlərlə bağlı məlumatlar dinlənilmişdir.
Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı müzakirələr aparılmşdr.