|
“Putin bu ilin yazında Ukraynaya qarşı müharibəyə başlayacaq”.
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə “Obozrevatel.com” saytının redaktoru Yuliya Lavrisyuk çıxış edib.
O, Ukraynanın tam işğalının Kreml üçün gərəkli olmadığını bildirib:
“Putinə nə Donbas, nə də Krım lazımdır. Ona bütöv Ukrayna da gərəksizdir. Çünki Moskvaya onsuz da bir Çeçenistan bəs edir. Putinə Ukraynada destabilizasiya, konflikt ocağı lazımdır. O, bu ocağı alacaq”.
Qeyd edək ki, bundan öncə də ukraynalı ekspertlər Rusiyanın Ukraynada konflikt ocağı yaradacağını və bunların Cənubi Qafqazdakı konfliktlərə bənzəyəcəyini bildirirdilər.