|
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə bir neçə tədbir keçirəcək.
KXCP sədrinin müavini Xəzər Teyyublu Teleqraf.az-a açıqlamasında bildirib ki, 31 dekabrda saat 12-də Dünya Azərbaycan Türklərinin Həmrəylık günü münasibəti ilə KXCP Elçibəy ziyarəti təşkil edəcək.
Həmin gün 13:00-da İran səfirliyinin qarşısında piket keçiriləcək. Piketdə qətnamə qəbul ediləcək. İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına etirazlar öz əksini tapacaq.
Piketlə bağlı rəsmi müraciət edilməyib. X.Teyyublu bildiirb ki, KXCP hər il ənənəvi olaraq belə piketlər keçirir.