|
Ermənistanın Rusiyadan asılılığı artır.
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, bu ilin son həftəsində Avrasiya İttifaqına qəbul edilən Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalamaqdan imtina edib. Bununla Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulan 5-ci ölkə olub.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov AB-nin Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq sazişini imzalanmaq istəyini Rusiya sərhədlərini əhatə etməsi kimi dəyərləndirib. Beləliklə, Lavrov bu açıqlama ilə Rusiyanın AB-nin istəyinə konkret mövqe nümayiş etdirib.
Regional Araşdırmalar Mərkəzinin sədri Riçard Qiraqosyan Rusiyanın təzyiqinin arxasında başqa mühüm daxili amillərin də olduğunu, bunun da prezident Serj Sərkisyanın AB-dən imtinasına təsir göstərdiyini bildirib.
Qiraqosyan Ermənistandakı müxalifət partiyalarının hökuməti ciddi tənqid etdiyini, Avropa Birliyi ilə yaxınlaşmanın Rusiya ilə münasibətləri təhlükəyə atacağını vurğulayıb.