|
“Qırğızıstan yaxşı şərtlərlə Avrasiya İqtisadi Birliyinə qoşulur.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev 2014-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. “Ölkəmiz çox yaxşı şərtlər altında bu iqtisadi birliyə daxil olur.
Sərhəddə gömrük məntəqələri, sertifikatlaşdırma üçün müasir laboratoriyaların yaradılması və digər məsələlərə Rusiya 200 milyon, Qazaxıstan 100 milyon dollar ayıracaq. O cümlədən, Rusiya və Qırğızıstan arasında 1 milyard dollar kapitala malik ortaq inkişaf fondu yaradırıq. Bu resurslarla hökumət yeni iş yerlərinin yaradılması üçün səy göstərməlidir”, - deyə o, söyləyib.
Almazbek Atambayev Dünya Bankının hesabatında Qırğızıstanın yoxsul ölkələr siyahısından çıxaraq orta gəlirli ölkələr arasında yer aldığını diqqətə çatdırıb: “Biz 2014-cü ildə çox işlər gördük. Bizim dəqiq məqsədimiz var və nə etməli olduğumuzu yaxşı bilirik”.