|
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı
RƏYİ
Klassik Xalq Cəbhəsi Partiyası, Mərkəzi Seçki Qərargahının (MSQ) 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı apardığı müşahidələri, topladığı sənədləri dəyərləndirərək seçkiləri azad olmayan, şəffaflıqdan uzaq, ədalətsiz və qeyri demokratik hesab edir. KXCP hesab edir ki, Azərbaycan hökuməti, azad, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün ATƏT, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar tərəfindən edilən təklif və tövsiyələri nəzərə almamış, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
Azad, şəffaf, ədalətli seçkilər keçirmək üçün demokratik seçki qanunvericiliyi bazası yaradılmamış, seçkilərə hazırlıq kütləvi qanun pozuntuları şəraitində keçirilmişdir. Seçici siyahıları kütləvi çatışmazlıqlarla tərtib edilmişdir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı hakimiyyətin sırf siyasi maraqlarına uyğun olaraq qanun pozuntuları şəraitində baş vermişdir. Seçkiqabağı təşviqat zamanı müstəqil və ya müxalifət namizədlərinə qarşı çeşidli qanunsuzluqlar baş vermişdir. Seçki günü büdcə və digər təşkilatların insan və maddi resursları total saxtakarlıqlar üçün səfərbərliyə alınmış, icra hakimiyyətinin parçasına çevrilən seçki komissiyaları kütləvi qanunsuzluqlar etməkdən çəkinməmişlər.
Seçki qanunvericiliyi
Uzun illərdir Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinin başlıca müddəalarının nəzərə alınmaması, seçki komissiyalarının formalaşması, seçkinin təşkili, səsvermə, səslərin sayılması, seçkilərin müşahidə olunması, şikayətlərə baxılma qaydaları kimi prinsipial məsələlərin azad, ədalətli, şəffaf, demokratik prinsiplər əsasında həll edilməməsi, namizədlərin qeydiyyat, təşviqat məsələlərində ciddi problemlərin yaradılması və nəhayətdə seçki kompaniyasının 4 aydan 2 aya, təşviqat kompaniyasının 2 aydan 21 günə endirilməsi ilə seçki qanunvericiliyi zaman-zaman mürtəceləşdirilmişdir.
Seçki əraziləri
Seçki ərazilərinin yaradılması kobud qanun pozuntuları ilə müşahidə olunub. Seçki dairələri qanun pozuntuları ilə yaradılmış, bələdiyyələri məmurların maraqları çərçivəsində yenidən formalaşdırmaqla seçkilərin saxtalaşdırması imkanları artırılmışdır. Digər tərəfdən seçki məntəqələrinin təşkili zamanıda müxtəlif məqsədlərlə çoxsaylı qanun pozuntularına yol verilib. Əvvəlki seçkilərdə edilən çoxsaylı şikayətlərə baxmayaraq bu xoşagəlməz ənənə davam edir.
Seçki komissiyaları
Seçkiləri, Milli Məclisdə tərkibinin 1/3-ni çoxluq təşkil edən siyasi partiyanı, 1/3-ni
müstəqil deputatları, 1/3-ni azlıq təşkil edən siyasi partiyaları təmsil edən seçki komissiyaları təşkil edir və keçirirlər. Lakin, uzun illərdir, parlament seçkilərinin nəticələrinin tam saxtalaşdırılaraq yaradılan Milli Məclisin tərkibindəki “çoxluq”, “müstəqil”, “azlıq” bölgüsü tamamilə formal və gerçəklikdən uzaq olduğundan, bu prinsiplə yaradılan seçki komissiyaları icra hakimiyyətinin tapşırıqlarını icra edən formal qurumlara çevrilmişdir. Uzun illərin təcrübəsi göstərir ki, belə seçki komissiyaları azad, şəffaf və ədalətli seçkilər keçirə bilmir. Belə seçki komissiyalarının fəaliyyəti nəticəsində seçkilər-“Gülərgeyt”də üzə çıxan mandat bazarlığına çevrilir.
Seçici siyahıları
Seçici siyahılarındakı seçicilərin sayı ilə, Dövlət Statistika Komitəsinin açıqladığı
18 yaşdan yuxarı vətəndaşların sayı arasındakı fərq təqribən 1,8 milyon nəfərdir. Bu isə o deməkdir ki, seçicilərin təqribən ¼ (?) hissəsi seçici siyahılarında yoxdur. Seçici siyahıları ilə bağlı digər böyük problem ölkə əhalisinin əhəmiyyətli hissəsinin işsizlik və digər problemlərlə bağlı daimi yaşayış yerlərini dəyişərək, əsasən Abşeron yarımadasında və digər yerlərdə müvəqqəti məskunlaşmalarıdır. Daimi yaşayış yerlərini dəyişən seçicilərin əksər hissəsi seçkilərdən kənarda qalırlar. Çünki, bu seçicilərin adları daimi yaşadıqları yerlərdəki siyahılarda qalsa da, faktiki seçkilərdə iştirak edə bilmirlər,bu isə seçkiləri saxtalaşdırılmasına böyük imkanlar yaradır.Digər tərəfdən yüz minlərlə məcburi köçkün seçicilər on illərdir bələdiyyə seçkilərindən kənarda qalır, baxmayaraq ki, hərbi xidmətdə və həbsxanalarda olan olan vətəndaşlar bələdiyyə seçkilərində iştirak edirlər. Hakimiyyət orqanları və seçki komissiyaları isə, belə problemlərin həllində maraqlı olmurlar, çünki, belə vəziyyət seçkilərin saxtalaşdırmasına münbit şərait yaradır.
Seçkiqabağı mühit
21 illik hakimiyyətin ölkədə diktatura yaratmaq cəhdi durmadan davam edib. 2013-cü il prezident seçkilərini saxtalaşdıran hakimiyyət partiyaların fəaliyyətini zaman-zaman məhdudlaşdırıb, nəinki müxalif partiyalar hətta müxalif fikirlər böyük basqı altına alınıb, vətəndaş cəmiyyətinin sadəcə formal görsəntisi yaradılıb. Seçkilər saxtalaşdırılaraq müxalif partiyalar parlamentə, bələdiyyələrə buraxılmayıb, normal fəaliyyətlərinə imkan verilməyib.
KXCP, Müsavat, AXCP və başqa siyasi təşkilatların yerlərdə fəaliyyətlərinə ciddi maneçilik törədilir. Partiyaların əksəriyyəti mənzil qərargahdan mərhum edilib, tanınmış partiya funksionerləri həbs edilib və ya həbs təhlükəsi altındadır.
KXCP-yə qarşı müxtəlif təzyiqlər davam edib. Qanunsuz olaraq həbs edilmiş KXCP sədrinin müavini Oqtay Gülalıyev bir neçə ay həbsdən sonra azad edilsə də, üzərindəki cinayət işinə xitam verilməyib, əksinə, az yaşlı övladları haqqında növbə ilə cinayət işləri açılır. KXCP Ali Məclisinin üzvü Vüqar İsmayılov həbs edilib, KXCP gənclər təşkilatının sədri Cavid Mehrəliyev BDU-dan qovulmuş, hakimiyyətin basqıları nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Azərbaycanda siyasi məhbus problemi durmadan böyüyür. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və müşaviri Yadigar Sadıqov, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli, REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədov və digər siyasilər həbsxanalara doldurumuşdur.
Siyasi müxalifətin fəaliyyətini tam məhdudlaşdıran hakimiyyət artıq vətəndaş cəmiyyətinin digər qollarını tam nəzarətə götürmək üçün kəskin addımlar atmaqdan çəkinməyir.
Zindanlara doldurulmuş NİDA Vətəndaş Hərəkatı fəallarının, hüquq müdafiəçilərinin sıralarına Leyla Yunus,Rəsul Cəfərov, İntiqam Əliyev kimi hüququq müdafiəçiləri əlavə edilmişdir.
Media azadlığı ilə bağlı vəziyyət gündən-günə pisləşib. Uzun müddətli həbslərə məhkum olunmuş Əvəz Zeynallı, Sərdar Əlibəyli kimi çoxsaylı jurnalist və blogerlərin sıralarıda Rauf Mirqədirov, Seymur Həzi, Xədicə İsmayıl kimi jurnalistlərlə genişlənir, qəzetlər məhkəmələrə cəlb edilərək cərimələnir. Hətta vətəndaş cəmiyyətinin həbs edilən üzvlərini müdafiəsi ilə məşğul olan vəkillər peşə fəaliyyətlərindən uzaqlaşdırılırlar.
Ölkədəki bütün televiziya kanalları birbaşa hakimiyyətə bağlıdır. İctimai Televiziyanın fəaliyyəti, birbaşa büdcədən maliyyələşən digər telekanalın- Az TV-nin və hökümətə bağlı digər kanalların fəaliyyətindən fərqlənmir.
Ölkədə seçkiqabağı mühütdən əsər-əlamət olmamış, ictimaiyyətin geniş təbəqəsi bələdiyyə seçkilərindən xəbərsiz olmuşdur. Hətta, yerli idarəetmə ilə müqayisədə cəmiyyət üçün heç bir əhəmiyyətə malik olamayan, əksinə böyük problemlər içərisində çabalayan ölkəmizə astranomik vahidlərlə ölçülən maliyyə vəsaitinə başa gələn “2015-ci il Avropa oyunları”na qalan vaxtı ən kiçik zaman vahidinə qədər reklam edən hakimiyyət, görüntü xarakterli bəzi tədbirlər keçirsə də, bələdiyyə seçkilərini mümkün vasitələrlə ictimaiyyətin geniş kütləsindən gizli saxlamağa çalışmışdır.
Vətəndaşların sərbəst toplaşmaq hüququ pozulur, partiyaların, müxtəlif təşkilatların piket, yürüş, mitinqlə bağlı müraciətləri hakimiyyət orqanları tərəfindən qəbul edilməyib və ya uğun yer ayrılmayıb.
Seçki mühitinin olmaması səbəbindən bir sıra müxalifət partiyaları sekilərdə iştirak etməmişdir.
Ölkə ərazisində AR Seçki Məcəlləsinə uyğun olaraq bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsinin yarısından çoxunda KXCP-nin 500-dən çox üzvü fərdi qaydada seçkilərdə iştirak etmək üçün DSK-lara müraciət etmişlər. Hakimiyyət orqanları və seçki komissiyaların çeşidli təzyiqləri, süründürməçilikləri KXCP-nin bir sıra üzvlərinin qeydiyyatdan keçməsinə imkan verməmişdir. Bu hallar əsasən Sumqayıt, Şirvan şəhərlərində, Bərdə, Goranboy, Oğuz, Quba, Lənkəran, Astara və bəzi başqa rayonlarda baş vermişdir. Yaradılan bütün çətinliklərə baxmayaraq 30 seçki dairəsində KXCP üzvləri qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçənlərin bəzilərini seçki dairələri sənədləşmə zamanı KXCP üzvlərinin partiyalığını göstərməmişlər. Bütün hallarda 30-a yaxın seçki dairəsində iştirak olunub və seçkiləri müşahidə etmək imkanı olmuşdur.
Namizədin irәli sürülmәsi vә qeydiyyatı
Seçkilər bütün mərhələlər üzrə kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilmişdir. Seçkidə iştirak etmək istəyənlərə qarşı müxtəlif əngəllər yaradılması, çeşidli təzyiqlər göstərilməsi kütləvi hal almışdı. Süründürməçilik, şirnikləşdirmə, bezdirmək, xahiş etmək, qorxuzmaq kimi üsullarla passiv seçki hüququndan istifadə etmək istəyənlərə, onların ailə üzvlərinə və yaxınlarına təzyiqlər edilərək bir çox vətəndaşların namizədliklərinin qarşısı alınmışdır. Bu məqsədlə seçki komissiyaları, icra hakimiyyətləri sturukturları, polis və digər dövlət orqanları tərəfindən vətəndaşlara təzyiqlər edilmiş; onlara ailə üzvləri, yaxın adamları, din yetkililəri və nüfizlu adamlar vasitəsiylə müxtəlif təsir üsulları ilə namizədliklərinin qarşısı alınmış, namizədliklə bağlı bldirişin geri qaytarılmasına, namizədliklərinin geri götürmələrinə məcbur edilmiş, seçki sənədlərində partiyalıqlarını göstərməmələri kimi müxtəlif qeyri-qanuni tələblər həyata keçirilmişdir. DSK-lar seçki sənədlərinin vaxtında verməməklə, DSK rəhbərlərinin iş yerlərində olmamaları, telefonlara cavab verməmələri, namizədliklə bağlı seçki sənədlərini icra hakimiyyətlərinə göndərərək “icra hakimiyyətindən razılıq alınmalıdır” kimi qanunsuz tələblərlə bir çox vətəndaşın namizədliklərinin qarşısını almışlar.
Təşviqat kompaniyası
Təşviqat kompaniyası 21 günə endirilməklə təbliğat və təşviqat müddəti ciddi surətdə azaldılmış, seçicilərlə təmaslar minimuma endirilmiş, hökumətin media üzərində total nəzarəti şəraitində keçilməklə bərabər ciddi qanun pozuntuları şəraitində başa çatmış, demək olar ki, seçki dairələrinin əksəriyyətində qeydiyyatdan keçmiş namizədlərin seçicilərlə görüşməsinə şərati yaradılmamış, əksinə görüşlər keçiriləcək yerlər təyin edilməmiş, bəzi hallarda görüş keçiriləcək yerərin qapıları seçicilərin üzünə qapadılmış və ya DSK-lar görüşlə bağlı müraciətlərə cavab verməmişlər.
Seçki günü müşahidə edilən spesfik qanun pozuntuları:
-seçici fəallığı çox aşağı olmuş,
-müxalifətdən olan və müstəqil namizədlərə hakimiyyət nümayəndələri, polis və seçki komissiyları üzvləri tərəfindən çeşidli təzyiqlər edilmiş;
-seçki ərazilərində karusellər təşkil edilmiş,
-karusellərdə təmizlik işçiləri və digər büdcə təşkilatları əməkdaşları iştirak etmiş,
-karuseldə iştirak edənlərin əllərində hazırlanmış bülletenlər və ya səs verəcəkləri namizədlərin siyahıları olmuşdur;
-seçki qutularına topa-topa bülletenlər atılmışdır,
-seçicilərin barmaqlarını boyanmamış və ya boyağı yoxlanmamışdır;
-saat 9-10.00 radələrində seçki qutuları dolmaq üzrə olub;
-saat 15.00-a kimi lazımı səviyyədə seçicilərin iştirakı təmin olunması tələb edilmişdir,
-YAP namizədinin üstündən çoxlu işarələnmiş seçki bülleteni tutulub
-saxatakarlığı üzə çıxaranları şərləyərək həbs etmək istəyiblər;
-adamların cibindən topa bülletenlər çıxıb;
-seçkilərin müşahidəsi yox səviyyəsində olmuşdur,
-azsayl müşahidəçələr hansı təşkilatı təmsil etdiyini və ya müstəqil müşahidəçi olduqlarını bilməmişlər;
-müxalifətdən olan və müstəqil namizədləri və hakimiyyəti təmsil etməyən müşahidəçilərə hədə-qorxu gəliblər;
-seçki məntəqələrində rotokol yazılmayıb,
-bir çox seçki məntəqəsindən seçki qutularını və ya bülletenləri saymadan birbaşa rayon mərkəzinə aparıblar,
-bir çox seçki məntəqələrinə polis müdaxiləsi olub,
-bəzi seçki məntəqələrində polislərlə seçicilər arasında qarşıdurma yaranıb,
-sovetlər dövründəki kimi süni yollarla bələdiyyələrdə “gender bərabərliyi” yaradılıb: hökmən bələdiyyə üzvlərinin 3-4 nəfəri ali təhsilli qadın olmalıdır. Bəzi qadınların təhsini saxtakarlıqla yüksək səviyyədə göstəriblər
-namizədlərlə seçki komissiyası üzvlərinin yaxın qohumluqları var,
-bələdiyyə namizədinin avtomobilinə hücum edərək yararsız hala salıblar
-seçki bülletenləri sayılarkən işıqları söndürüblər
-saxtakarlıq əməliyyatlarının bəzilərinin video-görüntüsü çəkilib
Seçki dairələri üzrə baş verən bəzi qanun pozuntuları:
10 saylı Binəqədi üçüncü seçki dairəsidə:
-Karusel: Bələdiyyə avtobuslarla karusel təşkil etmişdi,
-MnSK-larının əksəriyyəti səsvermədən sonra seçki məntəqələrini bağlayıb qaçmışlar,
-seçki məntəqələrində karbonlaşdırılmış protokollar yazılmayıb
-seçki məntəqələrində müşahidə yox səviyyəsində idi
11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairələrində:
-saat 9.30-da-seçki qutuları dolmaq üzrədir,
-təmizlik işçilərindən (əsasən qadınlardan) karusel təşkil edilib,
-seçki qutularında topa-topa bülletenlər var idi,
-Məntəqə Seçki Komissiyasının üzvləri seçicilərə istiqamət verirdilər,
-karusellərdə iştirak edənlər hazır bülletenlərlə seçki məntəqələrinə gəlirdilər
-müşahidəçilər yox səviyyəsində olub,
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 18 sayl DSK-nın sədri Muradov İslam müşahidəçiləri hədələyib, 7 saylı seçki məntəqəsində bir nəfər seçki qutusuna 5 bülleten atanda ifşa edilib,
19 saylı Nərimanov birinci seçki dairəsinin
- 4, 13, 22, 27 saylı seçki məntəqələrundə bülletenlər saylısa da, protokol yazmayıblar,
-3 saylı sm-də MnSK-üzvləri topa bülletenləri seçki qutusuna doldurarkən videoya alınıb (1 disk)
-19 bələdiyyə üzvündən 18-nin adı olan siyahı MnSK üzvlərində olub,
20 saylı Nərimanov ikinci seçki dairəsi:
-4 sayllı məntəqədə seçici fəallığı olmasa da 12.00 radələrində seçki qutuları doludur
-Karusel təşkil edilib. Karuseldə iştirak edənlərin əlində səs verəcəkləri namizədlərin adları qeyd edilmiş siyahılar var. Siyahı ələ keçirilib.
-səslərin sayılmasında təkid göstərən namizəd XəzərTeyyublunun şəxsi avtomobilinin şüşəsi sındırılıb
-18 saylı seçki məntəqəsində seçicilərin barmağına mürrəkkəb vurulmur
-24 saylı sm-də Niyaməddin adlı şəxs iki dəfə səs verib
-seçki məntəqələrində gün ərzində seçki qutusuna 120-ə yaxın seçici yaxınlaşsa da, seçki qutusundan 350-400 bülleten çıxır,
-bələdiyyə namizədi İbadov Firdövsinin qaynı (Quliyev Ələkbər Məhəmməd oğlu) 20 saylı DSK-nın katibi, qardaşı isə Nərimanov İH başçısının birinci müavinidir.
24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairəlri:
-seçici passivliyi
-karusel təşkil edilib
-tam saxtakarlıq
-müşahidəçilər çox azdır, və ya yoxdur;
-müşahdəçilər hansı təşkilatı təmsil etdiklərini bilmirlər
-karbonlaşdırılmış protokollar yazılmadı
44 saylı Sumqayıt-Xızı seçki dairəsi:
46 saylı Şirvan seçki dairəsi
-karusel əməliyyatını “raf” markalı avtobuslarla icra ediblər
-bamağları yoxlamadan təkrar-təkrar mürəkkəbləyirdilər;
-seçki günü heç bir məntəqədə karbonlaşdırılmış protokol yazılmadı
47 saylı Mingəçevir seçki dairəsi
-hər məntəqəyə maksimum 50-60 seçici gəlməsinə baxmayaraq, sənədləri saxtalaşdıraraq 500-600 seçiccini gəldiyin qeyd olunur.
-seçki günü heç bir məntəqədə karbonlaşdırılmış protokol yazılmadı
57 saylı Kürdəmir seçki dairəsi
-seçicilərin barmaqları mürəkkəblənmir
- 21 saylı seçki məntəqəsinin sədri (məktəb direktoru) Əhmədov Xidmətin gəlini Əhmədova Məleykə Əfqan qızı namizəd idi və indi “seçkinin” nəticəsinə üçüncü yerdədir.
33 saylı seçki məntəqəsi:
-seçki məntəqəsində seçki qutularını saat 19.30-a kimi açmadılar,
-33 saylı seçki məntəqəsindən birinci yerə “seçilən” Hacıyev Həsən Fərhad oğlu Məntəqə Seçki Komissiyası sədri Mustafayev Mustafa Qüdrət oğlunun bacısı oğludur,
-33 saylı seçki məntəqəsindən “seçilən” Səmədova Aynurə Nəsirxan qızı Məntəqə Seçki Komissiyası üzvü Səmədov Zamiq Misirxan oğlunun əmisi qızıdır.
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
-saxtakarlıqlarala bağlı birbaşa KİV-nə məlumatlar verilb
67 saylı Cəlilabad şəhər seçki dairəsi
-saxtalaşdırma ilə açıq-aydın seçki komissiyasınn üzvləri məşğul olblar
-seçki bülletenləri sayılmadı
-seçkinin nəticələri protokollaşmadı
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi:
-23, 24, 25 saylı seçki məntəqələrində (Təklə bələdiyyəsi ərazisi) seçki nəticələri elan edilmədən rayon mərkəzindən gecə saat 24 radələrində çoxsaylı polis gətirilib. Polislərlə seçicilər arasında qarşıdurma yaranıb. Səsvermənin yekunlarını elan etmədən, nəticələri prokollaşdırmadan seçki sənədlərini 69 saylı Dairə Seçki Komissiyasına aparıblar.
-polislə əlbəyaxa döyüş olub
-26 saylı seçki məntəqəsində bir nəfərdən 5 bülleten tutublar
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələri:
- seçkilər tam saxtakarlıq şəraitində keçib;
- sovetlər dövründəki kimi süni yollarla bələdiyyələrdə “gender bərabərliyi” yaradılır: hökmən bələdiyyə üzvlərinin 3-4 nəfəri ali təhsilli qadın olmalıdır
-seçicilərin barmaqları mürəkkəblənməyib, və ya yoxlanmayıb
85 saylı Şamaxı seçki dairəsi
-səsvermə qurtarandan sonra işıqları 10 dəqiqə söndürüblər
-heç bir məntəqədə seçki bülletenləri sayılmayıb
-24 dekabrda-Qurdtəpə bələdiyyəsində camaat bələdiyyə seçkilərinə etiraz etiraz ediblər. Hakimiyyət kəndə polis göndərib. Camaat yeni “seçilən” bələdiyyəyə deyiblər ki, biz səni istəmirik, çıx get burdan. O da deyir ki, mən pul verib gəlmişəm, pulumu qaytarsalar, gedərəm
86 saylı İsmayıllı seçki dairəsi
-MnSK üzvləri seçicilərə deyir: Əli Əhmədovun göstərişi- qutudan ancaq YAP çıxmalıdır;
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 39, 42, 43, 44 seçki məntəqələrində baş verən qanun pozuntuları:
-seçki məntəqəsindən kənardan işarələnmiş hazır bülletenlır gətiridilər
-seçki qutularına topa bülletenlər atıblar
-karusel üsulundan istifadə ediblər,
-xüsusi hazırlanmış saxtakarlıq texnologiyasından istifadə edilib,
-4 saylı seçki məntəqəsində YAP-dan bələdiyyəyə namizədi Nəsirov Orxan Mustafa oglunun üstündən 10 ədəd nişanlanmış bülleten çıxarıldı
-seçki məntəqələrində saxtakarlğı üzə çıxaran Anar Rəsullu və digər KXCP üzvlərini şərləmək istəyiblər,
-saxtakarkıqla bağlı bir video-material əldə edilib
92 saylı Zərdab-Ucar seçki dairəsi
-namizədə Əhmədov Ataşa və müşahidəçiyə bülletenlərin sayılmasında iştirak etməyə imkan verməyiblər
-bülletenləri saymağa başlayanda işıqları söndürüblər
-MnSK sədri işıqların namizəd Əhmədov Ataş tərəfindən söndürüldüyü deyərək namizədi şantaj edib,
-bülletenləri saymadan seçki qutularını birbaşa rayon mərkəzinə aparıblar------
-seçkidən bir gün keçməsinə baxmayaraq nəticələrini elan etmirlər
-DSK-dan xahiş edirlər ki, 24 dekabr saat 17.00-a kimi şikayət etmə
103 saylı Gədəbəy seçki dairəsi
-namizədi məntəqədən qovublar, müşahidəçinin məntəqəyə buraxmırlar
-9.00-a kimi iki məntəqəyə 10 nəfər gəlib
-seçki məntəqələrində saxtakarlığı təşkil edənlər komissiya üzvləridir
-kəndə gəlib səs verənləri kənddə heç kim tanımır
-Polis namizədə telefon açaraq təzyiqlər edib
-qanunsuzluğa etiraz edənlər üçün polis çağırılır
-seçki məntəqəsi 17.00-da bağlandı
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
-saat 11.15-də seçki qutuları doludur, saxtakarlığın qarşısını almaq münkün deyil
-Məntəqə Seçki Komissiyası üzvləri tərəfindən müşahidəçi Namazov Ülvüyə pul təklif edilib (Azadlıq radiosu çəkib)
-MnSK-nın üzvləri qutulara bülletenlər atırdılar
-Seçki Komissiyasının üzvləri, hakmiyyət orqanları əməkdaşları, polis seçki proseslərinə qanunsuz müdaxilə edirdilər
108 saylı Ağstafa seçki dairəsi
-seçki məntəqəsində elan edilən nəticələrə görə 4-cü yerə çıxan KXCP üzvü Mərkəzi Seçki Komissiyasının saytındakı 9 nəfərlik lider namizədlərin arasında yoxdur.
Qanun pozuntuları ilə bağlı şikayətlərin araşdırılması
Qanun pozuntuları ilə bağlı seçki komissiyalarına edilən şikayətlərə baxılmamışdır. Hətta:
-Mərkəzi Seçki Komissiyasına edilən şikayətlərə cavab verilməyib
-seçki günü saat 21.00-dan sonra MSK-nın qaynar xətti (115) telefon çağrılarına cavab verməyib.
Kütləvi şəkildə baş verən qanun pozuntuları, ədalətsiz, qeyri-azad, bərabərlikdən uzaq, şəffaf olmayan, qeyri-demokratik, hakimiyyətin tam müdaxiləsi ilə total saxtakarlıq şəraitində keçirilən və cəmiyyətə "bələdiyyə seçkiləri" adı ilə təqdim edilən bu proses seçki ilə bağlı görsəntidən başqa bir şey deyildir.
KXCP, 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkilərini azad olmayan, şəffaflıqdan uzaq, ədalətsiz və qeyri demokratik hesab edir, seçkinin nəticələrini tanımır və bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb edir.