|
D18 Hərəkatı İlin yekunların həsr olunmuş hesabat tədbiri keçirdi.
Tədbirdə Hərəkatın rəhbərliyi, özək sədrləri və yeni qoşulmuş üzvlər iştirak edirdi.
Hərəkatın mətbuat xidmətindən Teleqraf.az-a verilən xəbərə görə D18 Hərəkatı sədrinin I müavini Elmin Həmzə ədbiri dövlət himnilə açıq elan edərək, 2014-cü ildə Hərəkatın gördüyü işlər haqda üzvlərə məlumat verdi. Daha sonra çıxış üçün söz Hərəkatın İdarə Heyəti üzvü Zaur Mirzəyə verildi.
Zaur Mirzə çıxışında gördükləri işlər, Hərəkatın regionlardakı fəaliyyətin tdbir iştirakçılarının diqqətinə çatdırdı.
Hərəkatın universitetlər üzrə koordinatırı Cavidan Orucov universitetlərdəki özəklərin fəaliyyətin, Hərəkatın universitetlərdə rüşvətə qarşı apardıqları aksiya və “ İlin rüşvət alan müəllimi” və “ İlin rüşvət almayan müəllimi” mükfatlarının təqdimatın və bu mükafatların ənəvi hal aldığın tədbir iştirak çatdırdı. Daha sonra çıxışında yeni yaradılan universitet özəkləri haqda məlumat verdi.
Daha sonra Hərəkatın sədri Ruslan İzzətli çıxış edərək 2014-cü il fəliyyətinin hesabatın verdi. 2015 də görəcəkləri işlər haqda çıxış etdi.
Ruslan İzzətli: “ Biz insanımızın müstəqil və bu ölkədə azad, firəvan yaşaması üçün mübarizə aparırıq. Biz Cümhuriyyət dəyərlərinin ölkəmizdə bərpası üçün çalışır və bu yöndə xüsusilə regionlarda fəaliyyət göstəririk. D18 Hərəkatı artıq bir çox universitet və rayon şöbələri fəaliyyət göstərir. Çalışmalıyıq ki, 2015 ci ildə sıralarımız daha da artsın, parlament seçkilərində Hərəkat bütün gücün ortaya qoysun”.
Ruslan İzzətli çıxışının sonunda 2015-ci ili “ Gənc Parlament ili” elan etdiklərin tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məqsəd, Parlamentdə gənclərin daha çox təmsil olunması və bu yöndə çalışmaq olduğun bildirdi.
Tədbirin sonunda Hərəkat sədri Ruslan İzzətli yeni qoşulan üzvlərə D18 Hərəkatının embilemin təqdim etdi.