|
Müsavat Partiyasının dekabrın 27-də keçiriləcək növbəti Məclis iclasında sərbəst üzvlüyə və sədrliyə namizədlər qeydə alınmağa başlayıb.
Partiyanın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq namizədlik üçün müraciət edənlər var: “Təxminən 10 nəfər yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizəd olub. Məclis sədrliyinə isə iki nəfər namizəd var. Bunlar Sabir Məmmədli və Nüşabə Sadıxlıdır. MNTK üzvlüyünə hələ ki namizədliyini irəli sürən yoxdu. Qeydiyyat dünəndən başlayıb. Dekabrın 26-a kimi davam edəcək”.