|
Azərbaycan növbəti seçkilərə hazırlaşır.Bələdiyyə seçkilərinə artıq sayılı günlər qalıb.Bu seçkilərələrə hakim partiya olan YAP və KXCP-nin hazırlığı daha diqqətə çapır. Bu partiyaların üzvləri demək olar ki,bütün seçki dairələrində bələdiyyə üzvlüyünə namizədi var.
Teleqraf.az xəbər verir ki,KXCP sədrinin müavini Xəzər Teyyublu da Nərimanov rayon bələdiyəsinə namizədliyini ürəli sürüb.X.Teyyublu seçkilərə qatılan ən ranqlı partiya təmsilçisidir.Belə ki,KXCP sədrinin müavini olan X.Teyyublu yeganə partiya sədrinin müavini səviyyəsində irəi sürülən namizəddir.X.Teyyublunun seçki qərargahı bütün rayon ərazisində yaşayan seçicilərə təbliğat bukletləri paylayır,flaşmob keçirərək Azərbaycanda demək olar ki,hiss olunmayan seçki ovqatına tamam ayrı ab-hava gətirir.Belə olan halda Xəzər Teyyubluya dəstək olan insanların sayı gündən-günə artır.Bunların arasında tanınmış insanlar,siyasətçilərdə olmamış deyil.Azərbaycanın sayılıb-seçilən ictimai-siyasi xadimlərindən biri olan Zəlimxan Məmmədli artıq öz seçimini edib.Nərimanov rayon ərazisində yaşayan “Borçalı” cəmiyyətinin sədri Z. Məmmədli Nərimanov bələdiyyəsinə namizəd Xəzər Teyyublunu mudafiə etməklə bağli mövqe bildirmişdir.