|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyini sərt şəkildə tənqid edib.
Avropa.info xəbər verir ki, Ərdoğan Avropa Birliyinin gülənçi mətbuat nümayəndələrinin həbsini tənqid edən bəyanatını şərh edərkən bunları deyib.
"Avropa Birliyinin milli təhlükəsizliyimizi təhdid edənlərə qarşı təhlükəsizlik qüvvələrimizin atdığı addıma qarışmaq səlahiyyəti yoxdur. Bu qurum yaxşı olar ki, özünün müdaxilə səlahiyyətini araşdırsın. Xahiş edirəm, öz işləri ilə məşğul olsunlar."
Ərdoğan gülənçi mediaya da xəbərdarlıq edib.
"İnşallah media bu çirkli işlərdən ayrılacaq. Özünü bu təhlükəli işlərdən xilas edəcək. Bu çirkli mərkəzlərə tabe olanlar, itirməyə məhkumdur. Bunu bilmələri lazımdır. Şantaja, təhdidlərə, beynəlxalq dairələrin ölkəmiz üzərində, millətimiz üzərində qurduqları tələlərə, bu millət getməyib, getməyəcək"