|
Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında bu gün mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab vermişdi. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavata göndərdiyi məktubda partiyanın müraciətinin araşdırıldığı və mitinqə razılıq verildiyi bildirilmişdi.
Mitinq saat 15:00-dan 17:00-a qədər “İnşaatçılar” metrostansiyasının yanındakı keçmiş “Məhsul” stadionunda baş tutub.