|
Demokratiya və İnsan Haqları Mərkəzinin iclası olub.
Teleqraf.az-ın xəbərinə görə, KXCP-nin qərargahında Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların növbəti yığıncağı keçirilib. Yığıncaqda ölkədəki ictimai-siyasi məsələlər müzakirə olunub, QHT təmsilşilərinin, mətbuat nümayəndələrinin qondarma ittihamlarla həbsi pislənilib, hakimiyətdən siyasi motivlərlə həbs olunanların azad olunması tələb olunub.
Yığıncaqda DİHM-ə daxil olan partiyaların Prezident aparatı İçtimai-Siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşü müzakirə olunub.
DİHM-ə daxil olan Azad Demokratlar Partiyasının heç bir əsas olmadan dövlət qeydiyyatına alınmaması məsələsi müzakirə olunub, hakimiyyətdən partiyanın qeydiyyata alınması tələb olunub.