|
Abxaziya ilə dəmir yolunun açılması Ermənistan üçün strateji əhəmiyyət daşıyır”.
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, bu barədə iddia ilə “Ruskiy monitor” çıxış edib.
Məlumatda Abxaziya-Tiflis-İrəvan dəmiryol proyektinin əsas əleyhdarının Bakı olduğu bildirilib:
“Hazırda İrəvan az qala bütün dünyadan təcrid olunub. Ona görə də Ermənistan dəmir yolunun həyata keçirilməsi üçün hər şey edir. İrəvan hətta bunun üçün Gürcüstanda keçmiş Baş nazir Bidzina İvanaşvilinin simasında özünə dəstək tapıb. Hətta bir müddət öncə buna görə Tiflisdə böyük skandal da yaşanmışdı.
Amma layihənin reallaşmasına iki məqam mane olur: Birincisi, dəmir yolunun açılması Gürcüstanın Abxaziyanın müstəqilliyini tanıması deməkdir, bu isə çətin məsələdir. İkincisi isə Bakı-Tiflis-Qars dəmir yolu bu layihənin alternatividir. Gürcüstan razılaşacağı təqdirdə Azərbaycanla münasibətləri pozula bilər”.