|
Partiya üzvü Valeh Hümbətov çıxış edərək Arif Hacılıya müraciət edib.
Teleqraf.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, o bildirib ki, Cavid və Rüfət Hacıbəyli qardaşları Məclis üzvlüyünə ərizələrinin qeydə alınmasının gecikməsinə görə sosial şəbəkələrdə şikayət xarakterli statuslar paylaşır.
V.Hümmətov irad olaraq qeyd edib ki, bu cür məsələlər sosial şəbəkələrə çıxarılmamalıdır, partiyanın daxilində həll edilməlidir.
Arif Hacılı deyib ki, bu məsələ barədə dünən Cavid Hacıbəyli ilə danışmaq istəsə də alınmayıb: "Bu gün Cavid bəylə danışıb bu məsələni həll etdik. Ümid edirəm ki, hər kəsə də aydın oldu. Əlavə nəsə deməyə ehtiyac yoxdu".