|
KLASSIK XALQ CƏBHƏSI PARTIYASI İdarə Heyətinin növbəti toplantısı keçirilmişdir
İclasda qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirilmiş, bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti dəyərləndirilmiş, vətəndaş cəmiyyətinin vəziyyəti, əfv fərmanının yetərsizliti, dövlət müstəqilliyi bayramının hakimiyyət tərəfnidən lazımı səviyyədə qeyd edilməməsi, ölkədə və regionda narahatlıqlar doğuran digər məsələlər müzakirə edilmişdir.
Bələdiyyə seçkilərinə hazırlığın artıq başa çatdığı, KXCP-nin bələdiyyə seçkilərində iştirak edəcək yeganə partiya olduğunu, rayon (şəhər) şöbələrinin bu ağırlığı daşımaq üçün ciddi problemlərlə üzləşə biləcəyi qeyd edilmiş, KXCP Mərkəzi Seçki Qərargahına, KXCP Təşkilat şöbəsinə rayon (şəhər) şöbələri ilə seçkilərlə bağlı əlaqələrin yüksək səviyyədə qurulması, şöbələri vaxtlı-vaxtında təlimatlarla və zəruri seçki sənədləri ilə təmin etmələri tapşırılmışdır.
Yığıncaq 18 oktyabr – dövlət müstəqilliyinin yüksək səviyyədə bayram kimi qeyd edilməməsini, dünyanın bütün ölkələrində olduğu kimi istiqlalçı millət vəkillərinə layiqli səviyyədə qiymət verilməməsini hakimiyyətin məqsədyönlü və qərəzli siyasəti olduğunu qeyd etmiş, hətta bayram günü uzun illər azadlığımızı əlimizdən almış Rusiyanın hərbi gəmilərinin Bakı limanında lövbər salmasını müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimizin ruhuna və xalqımızın mübarizə tarixinə təhqir kimi qiymətləndirmişdir.
Yığıncaqda AR Prezidentinin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamının yetərsiz olduğu qeyd edilmişdir. Prezident bu sərəncamı ilə nahaqdan həbs edilmiş bir çox siyasi və vicdan məhbuslarını azad etmək şansını gercəkləşdirsəydi keçmişdə baş verən çoxsaylı haqsızlıqlara və ədalətsizliyə son qoya bilərdi. Azadlığa buraxılmış bir neçə gənclə bağlı baş verən olaylar isə belə sərəncamların siyasi məqsədlə verildiyini göstərir.
Yığıncaqda QHT-lər haqqında qanunun dəyişdirilməsinin ictimaiyyətdə müzakirə edilməməsi və qanun qəbul olunduqdan sonra cəmiyyətdəki çoxsaylı etirazlara baxmayaq prezident tərəfindən imzalanması hakimiyyətin vətəndaş cəmiyyətini bütövlükdə nəzarətə götürməsi kimi qiymətləndirilmişdir. Hakimiyyətin bu addımı siyasi partiyalara, mediyaya qarşı aparılan repressiyaların davamı olduğu və bütün bu baş verənlərin ölkədə totalitar sistemə keçidin növbəti mərhələsi kimi başa düşülməsi qeyd edilmişdir.