|
Azərbaycan və Tacikistan prezidentlərinin görüşü başlayıb.
ANS PRESS-in məlumatına görə, görüşdə Emomali Rahmon qeyd edib ki, İlham Əliyevin səfəri Düşənbə və Bakı arasında qarşılıqlı əməkdaşlıqda yeni səhifə açacaq. Prezident bildirib ki, tərəflər dost münasibətlərin möhkəmləndirilməsi və hərtərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməlidir.
Görüş bağlı qapılar arxasında davam edir.
Qeyd edək ki, prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin geniştərkibli görüşü baş tutacaq. Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşlər zamanı bir sıra sahələri əhatə edən 10 sənədin imzalanması gözlənilir.