Beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması haqqında geniş hesabat hazırlayaraq, Avropa Şurasını Bakıdan öz tənqidçilərinin cinayət təqibinə son qoymağı tələb etməyə çağırıb.
2014-cü ildə hakimiyyət vətəndaş cəmiyyətinə və hüquq müdafiə fəaliyyəti ilə məşğul olan QHT-lərə qarşı misli görünməmiş hücuma başlayıb”, bu barədə oktyabrın 2-də Strasburqda AŞPA deputatəbs larına təqdim edilmiş hesabatda deyilir.
Sənəddə qeyd edilir ki, Azərbaycanda hökumətin tənqidinə görə həbs edilənlərin sayı həddindən artıq artıb.
“Hakimiyyət öz fikrini dinc şəkildə ifadə etdiyinə görə həbs edilənləri dərhal və qeyd-şərtsiz azad etməli və ölkə daxilində və ya xaricdə, o cümlədən Avropa Şurasında xoşagəlməz həqiqətləri söyləyənləri təqib etməməlidir.
Biz Avropa Şurasında siyasi məhbuslar problemini qaldıranların xüsusi təqiblərə məruz qalmasından həddindən artıq narahatıq.
Avropa Şurası bu barədə danışmalı və AŞ Nazirlər Komitəsinin sədri olan Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırmalıdır.
İnsan hüquqlarının bu vəziyyətdə olduğu bir ölkənin AŞ-da sədrlik etməsi acınacaqlı ironiyadır”, deyə bəyanatda vurğulanır.
Azərbaycan beynəlxalq hörmət istəyir, lakin onun hökuməti açıq-aşkar tənqidi səslərin boğulmasında iştirak edir.
Son hadisələrdən biri kimi avqustun 21-də Naxçıvanlı hüquq müdafiəçisi İlqar Nəsibovun amansızca döyülməsi göstərilir.
Fəallara qarşı təzyiq, onlara və ailə üzvlərinə qarşı təzyiq, siyasi məhbusların hüquqlarını müdafiə edənlərin inzibati qaydada həbsi hüquq müdafiəçilərinin özlərini siyasi məhbusa çevirir.
Növbəti həbs təhlükəsi Korrupsiya və insan hüquqlarının pozulması faktlarını araşdıran jurnalist Xədicə İsmayılovanı gözləyir.
Prezident İlham Əliyev iddia edir ki, Azərbaycanda mətbuat azadlığı təmin edilib. Lakin bu, doğru deyil. İlqar Nəsibova son hücum Azərbaycan hakimiyyəti üçün lakmus kağızıdır.
Bu iş hakimiyyətin İlqara qarşı hücumu araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə siyasi iradəsinin olub-olmadığını göstərəcək, deyə məlumatda bildirilir.