|
KXCP Ağsu rayon şöbəsi özünün növbəti məclisini keçirib.
Teleqraf.az-ın verdiyi xəbərə görə, iclasda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər müzakirə edilib. Bundan başqa məclisdə təşkilati məsələlərə baxılıb və yeni yaranmış altı dənə özək təşkilatı rayon məclisi tərəfindən təsdiq edilərək, onlarn yeni seçilmiş sədirləri rayon şöbəsi məclisinə üzv seçiliblər. İclasda rayon şöbəsinin Gənclər Təşkilatının gücləndirilməsi məsələsi də əsas məsələlərdən biri kimi müzakirə edilərək, KXCP Ağsu rayon şöbəsinin Gənclər Təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə rayon şöbəsinin gənclərindən ibarət beş nəfərlik tərkiblə təşkilat komitəsi yaradılıb. İclasda qarşıdan gələn bələdiyyə seçkiləri də əsas müzakirə olunan məsələlərdən olub. Bələdiyyə seçkilərində namizəd olacaq KXCP üzvülərinin çıxışları dinlənilib və rayon şöbəsi rəhbərliyi verilən sualları cavablandırmaqla bərabər seçkilərlə bağlı müvafiq tapşırıqlarını verib. Məclisin iclasında qərara alınıb ki, yaxın günlərdə gənclərdən ibarət yaradılan təşkilat komitəsinin hesabatı dinlənilsin və KXCP Ağsu rayon şöbəsi məclisinə üzv olmayan bələdiyyə seçkilərində namizəd olacaq sitravi üzvülərlə görüşlər keçirilsin.