|
Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bugünkü iclasında çoxdan gözlənilən qərar qəbul olunub.
“Teleqraf.az” xəbər verir ki, Təşkilat Komitəsinin iclasından sonra musavat.com-a açıqlamasında başqanlığa namizəd Tural Abbaslı qurultayın mədəniyyət evində keçirilməsi ilə bağlı son qərarın verildiyini bildirib: “Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında tədbirin Əmircanda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi ilə bağlı qərar verildi. Sabah müqavilənin şərtləri razılaşdırılacaq. Son qərar budur ki, qurultay mədəniyyət evində keçirilsin”.