|
KLASSIK XALQ CƏBHƏSI PARTIYASI (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilmişdir
KXCP-nin Mətbuat Xidmətindən Teleqraf.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilmiş, bələdiyyə seçkilərinə hazırlıq dəyərləndirilmiş, vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdirilməsi ciddi problemlər yaratdığı bir daha qeyd edilmiş, ölkədə və regionda narahatlıqlar doğuran digər məsələlər müzakirə edilmişdir.
KXCP İdarə Heyəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı KXCP sədrinin seçkilər üzrə müşavirlərinin hazırladıqları arayışlar müzakirə edilmiş və tövsiyələr vermişdir.
Yığıncaqda Mirmahmud Mirəlioğlunun KXCP-nin siyası partiyalar və birliklərlə mövcud əlaqələri haqqında məlumatı dinlənilmiş və dəyərləndirilmişdir.
KXCP Ali Məclisinin növbəti sessiyasının 28 sentyabr saat 11.00-da çağırılması və sessiyanın KXCP-nin mənzil qərargahında keçirilməsi qərarlaşdırılmışdır.
KXCP İdarə Heyətinə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 96-cı ildönümü münasibəti ilə Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin ziyarət edilməsi haqqında məlumat verilmiş, Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təşkil etdiyi “Siyasi partiya, QHT, media, gənclik hərəkatı nümayəndələrinin və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda demokratiyanın vəziyyəti mövzusunda ümumrespublika konfransın”a hazırlığın vəziyyəti qiymətləndirilmişdir.
KXCP sədrinin ötən il vəfat etmiş müşaviri Əli Abdullayevin 20 sentyabrda Gədəbəydə keçiriləcək il məclisində iştirak edəcək heyət müəyyənləşdirilmişdir.