Xalq artisti Brilliant Dadaşova illər sonra küsülü olduğu Aygün Kazımova barədə danışıb.

Lent.az-ın məlumatına görə, “Xəzər maqazin” verilişinə açıqlama verən xalq artisti bildirib ki, həmkarı ilə barışmayıb: "“Nargis” jurnalının heyəti xahiş etdi ki, mən orada mahnı oxuyum. Gecədə Ajda Pekkanın musiqiçiləri alətlərini açdı. Zülfiyyə Xanbabayeva dedi ki, sənin qədər türk mahnısını bilən və canlı oxuya biləcək heç kim yoxdur, dur oxu. Düşündüm ki, türklər oradadır və mən “Yaşa Azərbaycan” oxuyum. Mənim ideyalarım göydə qapılır, buna alışmışam. Arxamca süpürə-süpürə gəlməlidirlər. Sözümü kəsmək istəyənlər var idi, buna əhəmiyyət vermədim. Mən saxtakarlığı sevmirəm”.

 

B.Dadaşova bildirib ki, tədbirdə A.Kazımova ilə eyni səhnəni paylaşması onunla barışması anlamına gəlməməlidir: “Zalda yanımda min adam dayana bilərdi. Bu, o demək deyil ki, onunla səhnəyə çıxaram və ya duet oxuyaram. Hətta sonra dedilər ki, Eyyub oxumalı idi. Başqaları özünü soxuşdurdu ora, təşkilatçılar da əsəbiləşib”.

Dadaşova onu da əlavə edib ki, Kazımova ilə yalnız bir şərtlə barışa bilər: “Bir insan yaxınlaşıb, desə ki, bağışla, düzgün etməmişəm, nalayiq sözlər demişəm, səni təhqir etmişəm. "Məni bağışla" desəydi, olardı. Amma mikrofonu götürüb, "biz barışırıq" göstərmək olmaz. Mən saxta nələrisə sevmirəm”.

Xəbər lenti