“Bir sərxoş dedi ki, bu, Mixaylodur?”.

Bu günlərdə sosial şəbəkələrdə bəstəkar-müğənni Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə məlumatlar yayılıb. 

Teleqraf.az musavat.com-a istinadla xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar kəndində yerləşən restoranların birində, toy məclisində baş verib. Müğənninin döyülməsinə səbəb isə tez-tez mikrofona Tovuzda xoş qarşılanmayan “toş-toş” sözünü deməsi olub.

 Elza Seyidcahan sonuncu dəfə Tovuzda nə zaman olduğunu xatırlamadığını deyib:

“Haqqımda nə yazdıqları məni maraqlandırmır. Bu barədə danışmaq istəmirəm. Axrıncı dəfə heç yadıma gəlmir ki, Tovuzda nə vaxt toyda olmuşam. Məni niyə döyməlidirlər? İnsanlar canlarını, başlarını mənim yolumda verməyə hazırdılar. Şükür Allaha mən bunu qazanmışam. Bunu yazanlar yəqin ki, cəzalarını tapar. Məni belə şeylər maraqlandırmır, bu haqda danışmaq istəmirəm. Bu an mənim böyük layihələrim var. Onlar haqqında danışa bilərəm”.

Bəstkar-müğənni heç bir zaman toylarda xoşagəlməz hadisə ilə rastlaşmadığını deyib:

 “Elza Seyidcahanı sərxoş adamlar görəndə ayılırlar, özlərini yığışdırırlar, o ki, qaldı ağlı başında olan adamlar... Sərxoş adamlar məni görəndə ayılır və gözlərinə inanmırlar. Bir dəfə məclisdə olmuşduq. Bir sərxoş qaça-qaça gəlib, dedi ki, “Bu, Mixaylodur?” Yəni, gözlərinə inanmırdı ki, qarşısındakı Elza Seyidcahandır. Damla-damla qazandığım məhəbbətə görə əlbəttə, xalqımıza borcluyam ki, pisi yaxşıdan, ağı qaradan ayırmağı bacarır”. 

 

Xəbər lenti