|
Xalq artisti Aygün Kazımova ilə müğənni Miri Yusifin birlikdə fotosessiya etdirməsinin səbəbi bəlli olub.
Teleqraf.az-ın məlumatına görə, M.Yusif bir neçə il əvvəl oxuduğu "Bağışla" mahnısını bu dəfə A.Kazımova ilə birlikdə yeni aranjimanda səsləndirib. Bəstənin sözləri və musiqisi M.Yusifə məxsusdur.
Qeyd edək ki, "Bağışla" mahnısını bir müddət əvvəl türkiyəli müğənni Funda Arar oxumuş və müəllif kimi MC Muradı göstərmişdi. M.Yusif onu məhkəməyə verərək, mahnının özünə aid olduğunu sübut etmişdi.