Türkiyədə xalq artisti Aygün Kazımova türk həmkarlarını özünə qarşı maraq yaratmağı bacarıb.

Teleqraf.az-in məlumatına görə, azərbaycanlı ifaçının mahnılarını türk sənətçiləri öz repertuarlarına daxil edirlər.

Bu yaxınlarda Zeliha Sunal adlı ifaçı Kazımovanın repertuarından “Nankor” mahnısını ifa etməsi xəbəri vermişdik. Türkiyənin məhşhur müğənnilərdən biri olan Zeliha Sunal Aygün Kazımovanın “Nigaranam” mahnını sosial şəbəkədə paylaşan təəssüratlarını da qeyd edib: “Aygün Kazımova həm dünya gözəli, həm bülbül səsli olan şahanə qadınıdır.”

“Nankor”un sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsusdur. Mahnının türk versiyasının sözlərinə Ayşə Birgül Yılmaz düzəliş edib.

Qeyd edək ki, Türkiyədə A.Kazımovanın mahnılarını indiyədək Tarkan, Ajda Pekkan, Müslüm Gürses, Damla və digər müğənnilər oxuyub.

 

Xəbər lenti